Bank Of Baku

ABŞ İrana xəbərdarlıq edib: Vaşinqton Tehrana indiyədək görünməmiş miqyasda iqtisadi təcrid tədbirləri tətbiq edəcək

ABŞ-ın maliyyə naziri Skott Bessent

© APA | ABŞ-ın maliyyə naziri Skott Bessent

# 14 avqust 2026 10:17 (UTC +04:00)

Vaşinqton İrana qarşı indiyədək heç bir ölkəyə tətbiq edilməmiş miqyasda iqtisadi təcrid tədbirləri görəcək.

Bunu ABŞ-ın maliyyə naziri Skott Bessent “Newsmax”a bildirib.

Onun sözlərinə görə, bu tədbirlər misli görünməmiş iqtisadi təcrid siyasəti ilə yanaşı, Hörmüz boğazında davam edən blokadanı da əhatə edəcək.

Bessent qeyd edib ki, məqsəd İran limanlarına hər hansı yükün daxil olmasının və ya oradan çıxmasının qarşısını almaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR