Bank Of Baku

Ukrayna Rusiyanın 240 enerji qovşağına zərbə endirdiyini açıqlayıb

Ukrayna Rusiyanın 240 enerji qovşağına zərbə endirdiyini açıqlayıb
# 14 avqust 2026 11:50 (UTC +04:00)

Ukraynanın Pilotsuz Sistemlər Qüvvələri iyulun 1-dən avqustun 13-dək Rusiyanın ələ keçirdiyi ərazilərin cənubunda 240 enerji qovşağına zərbə endirdiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi “Telegram” kanalında məlumat yayıb.

Bildirilib ki, əməliyyat çərçivəsində avqustun 1-dən 13-dək 29 enerji qovşağı əlavə olaraq hədəfə alınıb.

Brovdinin sözlərinə görə, əməliyyatın əsas məqsədlərindən biri Rusiya ordusunun stasionar radarlarını və hava hücumundan müdafiə sisteminin digər elementlərini enerjisizləşdirməkdir. Bu, Rusiyanın hava məkanının müdafiə sistemini zəiflədir və Ukrayna qüvvələrinin yeni zərbələr endirməsi üçün imkan yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR