Bank Of Baku

Husilər casusluqda ittiham olunan 17 nəfər haqqında ölüm hökmü çıxarıb

Husilər casusluqda ittiham olunan 17 nəfər haqqında ölüm hökmü çıxarıb
# 22 noyabr 2025 23:37 (UTC +04:00)

Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının nəzarətində olan paytaxtı Səna şəhərindəki cinayət məhkəməsi Səudiyyə Ərəbistanı, ABŞ, Böyük Britaniya və İsrailə casusluq etməkdə ittiham olunan 17 nəfəri ictimai yerdə güllələməklə edam cəzasına məhkum edib.

APA xəbər verir ki, bu barədə Yəmənin SABA xəbər agentliyi məlumat yayıb.

"Paytaxtın ixtisaslaşmış cinayət məhkəməsi casusluq və ABŞ, İsrail və Səudiyyə Ərəbistanı kəşfiyyat xidmətlərinə işləməkdə günahlandırılan 17 nəfəri ölüm hökmünə, daha iki nəfəri isə on il müddətinə həbs cəzasına məhkum edib", - məlumatda bildirilir.

Məhkəmənin həmin şəxsləri çəkindirmə və qisas tədbiri olaraq ictimai yerdə güllələməklə edam cəzasına məhkum etdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR