Bank Of Baku

Husilər İsrailin limanına və hərbi obyektinə zərbə endirib

Husilər İsrailin limanına və hərbi obyektinə zərbə endirib
# 16 iyul 2025 04:54 (UTC +04:00)

Yəmənin husilər hərəkatı İsrailin cənubunda yerləşən Eylat şəhərindəki limana və Nəqəvda yerləşən hərbi obyektə zərbələr endirib.

APA xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Saria məlumat yayıb.

Üsyançılara məxsus “Al Masirah” telekanalında çıxış edən Sariə bildirib ki, hücum üç pilotsuz uçuş aparatı ilə həyata keçirilib:

“İki PUA Nəqəv bölgəsindəki mühüm hərbi hədəfi, üçüncüsü isə Fələstindəki Umm-ər-Rəşraş limanını hədəfə alıb”.

O, əməliyyatın koordinasiyalı şəkildə həyata keçirildiyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR