Bank Of Baku

ASA sədri: BOKT istiqrazlarının gəlirliliyi yüksək olsa da, sığorta şirkətlərinin marağı məhduddur

ASA sədri: BOKT istiqrazlarının gəlirliliyi yüksək olsa da, sığorta şirkətlərinin marağı məhduddur
# 28 oktyabr 2026 13:20 (UTC +04:00)

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) istiqrazlarının gəlirliliyi 10–15% arasında dəyişsə də, sığorta şirkətlərinin bu qiymətli kağızlara investisiyaları məhdud olaraq qalır.

“APA-Economics” xəbər verir ki, bunu XII Azərbaycan Mikromaliyyə Konfransında Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Abas Mişkarlı bildirib.

Onun sözlərinə görə, sığorta şirkətlərinin investisiya portfellərinin orta gəlirliliyi təxminən 7–8% təşkil edir. BOKT istiqrazlarının gəlirliliyi isə bundan yüksəkdir.

Bununla belə, bəzi sığorta şirkətlərinin investisiya portfellərində BOKT istiqrazları ümumiyyətlə yer almır.

A. Mişkarlı bildirib ki, sığorta şirkətlərinin investisiya qərarlarında əsas amillərdən biri risklərin qiymətləndirilməsidir.

Onun sözlərinə görə, sığorta şirkətləri öhdəliklərini vaxtında yerinə yetirmək üçün kifayət qədər likvid vəsait saxlamalıdırlar.

A. Mişkarlı qeyd edib ki, BOKT-ların kredit portfellərinin keyfiyyəti və risklərin düzgün idarə olunması sığorta şirkətlərinin həmin təşkilatların istiqrazlarına investisiya yatırmaq qərarlarına təsir göstərir.

O vurğulayıb ki, daha yüksək gəlirlilik təklif edilməsi özlüyündə investisiya üçün kifayət deyil. Əlavə gəlir götürülən riskə uyğun olmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR