2026-cı il oktyabrın 1-nə Azərbaycanın xarici dövlət borcunun həcmi 4 milyard 509,5 milyon ABŞ dolları təşkil edib.
“APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, xarici dövlət borcunun 3 milyard 122,2 milyon dolları və ya 69,2%-i kreditlərin, 1 milyard 387,3 milyon dolları və ya 30,8%-i isə avrobondların payına düşüb.
Hesabata əsasən, xarici dövlət borcunun 51,2%-i sabit, 48,8%-i isə dəyişkən faiz dərəcəli öhdəliklərdən ibarətdir.
Xarici dövlət borcunun valyuta strukturunda ABŞ dolları 86,3%-lə əsas paya malikdir. Avronun payı 5,8%, yapon yeninin 3,2%, Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqlarının (XBH) 2,9%, digər valyutaların isə 1,7% təşkil edib.
Ödəmə müddətinə görə, xarici dövlət borcunun 3 milyard 52,7 milyon dolları və ya 67,7%-i 5 ilə qədər, 1 milyard 210,6 milyon dolları və ya 26,8%-i 5 ildən 10 ilə qədər, 246,2 milyon dolları və ya 5,5%-i isə 10 ildən artıq müddətə qaytarılmalıdır.
Qeyd edək ki, 2026-cı ilin əvvəlindən Azərbaycanın xarici dövlət borcu 304 milyon dollar və ya 6,3% azalıb. Xarici dövlət borcunun ÜDM-ə nisbəti 5,6% təşkil edib.