Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının husiləri Səudiyyə Ərəbistanının Nəcran şəhərində Saudi Aramco neft-qaz şirkətinə məxsus obyektə PUA ilə zərbə endirdiklərini bildiriblər.
APA xəbər verir ki, bu barədə husilərin nəzarətində olan SABA agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, husilərin hərbi mənbəsi hücumun Yəmənin suverenliyinin pozulmasına cavab olaraq həyata keçirildiyini bildirib.
İddiaya görə, Səudiyyə Ərəbistanının döyüş təyyarələri Səədə vilayətinin şimal-şərq hissəsində Yəmənin hava məkanına daxil olub.
Qeyd edək ki, avqustun 13-də husilər Cizan şəhərində Saudi Aramco-ya məxsus neft emalı zavoduna iki PUA ilə zərbə endirdiklərini açıqlamışdılar.