Bank Of Baku

İran Hörmüz boğazına nəzarəti təhlükəsizliyi üçün zəruri hesab edir

İran Hörmüz boğazına nəzarəti təhlükəsizliyi üçün zəruri hesab edir
# 19 oktyabr 2026 22:52 (UTC +04:00)

İran öz təhlükəsizliyini təmin etmək üçün Hörmüz boğazına nəzarəti həyata keçirməkdən başqa alternativ görmür.

IRNA agentliyinin məlumatına görə, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif Düşənbədə Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşündə bildirib.

Onun sözlərinə görə, Hörmüz boğazı üzərində suveren hüquqların həyata keçirilməsi İranın milli təhlükəsizliyi baxımından zəruridir.

“İranın öz təhlükəsizliyini təmin etmək üçün Hörmüz boğazı üzərində suverenliyini həyata keçirməkdən başqa seçimi yoxdur”, – Arif vurğulayıb.

İran rəsmisi boğaz ətrafında yaranmış mövcud vəziyyətə görə ABŞ-ni məsuliyyət daşımaqda ittiham edib.

O bildirib ki, Vaşinqton bu vəziyyətin nəticələrinə görə cavab verməli olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR