Bank Of Baku

Husilər Səudiyyə Ərəbistanının üç şəhərinə raket və PUA-larla hücum edib

Husilər Səudiyyə Ərəbistanının üç şəhərinə raket və PUA-larla hücum edib
# 10 sentyabr 2026 01:49 (UTC +04:00)

Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) Səudiyyə Ərəbistanının Xamis-Müşeyt, Əbha və Cizan şəhərlərinə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hücum edib.

APA xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının rəsmi nümayəndəsi, briqada generalı Türki əl-Maliki məlumat yayıb.

“Husi terror qruplaşması bu gün Xamis-Müşeyt, Əbha və Cizan şəhərlərinə ballistik raketlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə hücumlar həyata keçirib”, – əl-Maliki bildirib.

Koalisiya nümayəndəsi birgə komandanlığın bu hücumlara “məsuliyyətli şəkildə cavab verəcəyini” vurğulayıb.

Hücumların mümkün nəticələri və tələfat barədə məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR