Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri son sutka ərzində Yəmənin “Ənsar Allah” hərəkatının nəzarətində olan ərazilərinə 37 hava zərbəsi endirib.
APA xəbər verir ki, bu iddia ilə hərəkatın hərbi sözçüsü Yəhya Səriya çıxış edib.
“Son 24 saat ərzində Səudiyyə aviasiyası Yəmən ərazisinə 37 hava zərbəsi endirib”, – Yəhya Səriya bildirib.
Onun iddiasına görə, hücumlarda Xamis-Müşeyt şəhəri yaxınlığında yerləşdirilmiş F-15 qırıcılarından istifadə olunub.
Yəhya Səriya Taiz və Həccə vilayətlərindəki obyektlərin bombardmana məruz qaldığını, zərbələr nəticəsində mülki şəxslər arasında ölən və yaralananların olduğunu iddia edib.