Rusiya Baş Prokurorluğu Niderlanddan və bir neçə başqa ölkədən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) axtarışda olan rəhbərliyinin ekstradisiyasını tələb edir.
APA-nın Moskva bürosu xəbər verir ki, ekstradisiya üçün 9 nəfər, o cümlədən BCM-in sədri Pyotr Hofmanski və prokuror Kərim Xanla bağlı sorğu göndərilib.
Baş Prokurorluqdan bildirilib ki, Rusiya BCM-in üzvü olmasa da və onun yurisdiksiyasını tanımasa da, məhkəmə Rusiya vətəndaşlarını qanunsuz olaraq məsuliyyətə cəlb edib.
Qeyd edək ki, 2023-cü ildə BCM Rusiya Prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belova barəsində həbs qərarı verib.