Bank Of Baku

Husilər Ədən körfəzində ABŞ-nin yük gəmisini vurub, ölənlər var

Husilər Ədən körfəzində ABŞ-nin yük gəmisini vurub, ölənlər var
# 07 mart 2024 05:44 (UTC +04:00)

Husilər Ədən körfəzində ABŞ-nin Barbadian bayraqlı "True Confidence" yük gəmisinə hücum edib.

APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

Hadisə nəticəsində 3 ekipaj üzvü həlak olub, 4 nəfər yaralanıb, onlardan üçünün vəziyyəti ağırdır.

Gəminin göyərtəsində müxtəlif millətlərdən olan 20 dənizçi və üç mühafizəçi olub.

Husilərin hücumundan sonra gəmiyə ciddi ziyan dəyib. Ekipajın əksəriyyətinin yeri məlum deyil. İngiltərə Dəniz Ticarət Təşkilatının məlumatına görə, ekipaj hadisədən dərhal sonra gəmini tərk edib.

Yük gəmisinə hücum Yəmənin Ədən limanı sahillərindən 50 dəniz mili aralıda baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR