İranın Sistan və Bəluçistan əyalətinin Nikşəhr şəhərində 1 ton 789 kiloqramdan çox narkotik maddə aşkarlanıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu əyalətin polis rəisi Məhəmməd Qənbəri deyib.
M.Qənbərinin sözlərinə görə, keçirilmiş əməliyyat zamanı qaçaqçıların Nikşəhr şəhəri yaxınlığında əkin sahəsində gizlətdiyi narkotik maddə tiryək aşkarlanıb və müsadirə olunub.
O, hazırda qaçaqmalçıların həbsi istiqamətində əməliyyatın davam etdirildiyini bildirib.