Bank Of Baku

İranda Krım-Konqo qızdırmasından ölənlərin sayı 10-a çatıb

İranda Krım-Konqo qızdırmasından ölənlərin sayı 10-a çatıb
# 07 sentyabr 2019 11:32 (UTC +04:00)

İranda Krım-Konqo qızdırmasından ölənlərin sayı 10 nəfərə çatıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Baytarlıq Təşkilatının sədr müavini Kərim Əmiri bildirib. 

O deyib ki, bu il ölkədə 98 nəfər Krım-Konqo qızdırmasına yoluxub, onlardan 10 nəfər həyatını itirib. 

“Ölkənin şərq sərhədlərində mal-qara qaçaqmalçılığı daha çox olduğu üçün, Sistan və Bəlucistan əyalətində bu qızdırmaya yoluxma halı daha çoxdur. Belə ki, ötən illə müqayisədə bu hal artıb”, - K. Əmiri vurğulayıb. 

O qeyd edib ki, Ərdəbil, Kirmanşah və Rəzəvi Xorasan əyalətlərində də bu xəstəliyə tutulanlar var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR