İranın Lorestan əyalətində toy mərasimində silahlı insident olub.
APA-nın Tehran bürosunun məlumatına görə, əyalətin Ozna bölgəsində keçirilən toyda bir nəfər ov tüvəngindən atəş aşıb. Nəticədə 6 nəfər yaralanıb.
Məlumata görə, yaralananlardan 3-nün vəziyyəti ağırdır. Onlar Xorrəmabad və Əhvaz xəstəxanalarına yerləşdiriliblər.