Bank Of Baku

İbrahim Rəisinin Türkiyəyə səfərinə hazırlıq görülür

İbrahim Rəisinin Türkiyəyə səfərinə hazırlıq görülür
# 17 yanvar 2023 12:59 (UTC +04:00)

Prezident İbrahim Rəisinin Türkiyə səfərinə hazırlıq görülür.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bu gün Türkiyəyə səfər öncəsi jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, plana görə, Rusiyaya və Ankaraya getməli idi, lakin Rusiyaya səfərin təxirə salınmasına qərar verilib.

"Prezident İbrahim Rəisinin Türkiyəyə səfəri üçün ilkin hazırlıqlar aparılacaq", o deyib.

Qeyd edək ki, bundan öncə yanvarın 17-də H.Əmir-Abdullahianın Rusiyaya səfər edəcəyi açıqlanmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR