Bank Of Baku

İndoneziyada sürüşmə nəticəsində ölənlərin sayı 11-ə çatıb

İndoneziyada sürüşmə nəticəsində ölənlərin sayı 11-ə çatıb
# 15 noyabr 2025 17:49 (UTC +04:00)

İndoneziyada baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, şənbə günü günorta saatlarına olan məlumata əsasən, həlak olanların sayı 11 nəfərə yüksəlib, daha 12 nəfər isə itkin düşmüş hesab olunur və onların axtarışı davam edir.

Vurğulanıb ki, sürüşməyə leysan yağışları səbəb olub. Torpaq kütləsi Mərkəzi Yavada yerləşən üç kəndin üzərinə çökərək bir neçə yaşayış evinə ziyan vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR