İrandan İsrail istiqamətində raketlərin buraxılmasından sonra İordaniya ərazisində hava həyəcanı siqnalları işə düşüb.
Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Məlumata görə, raket buraxılışlarından sonra krallıq ərazisində hava həyəcanı elan edilib.
İordaniya hava məkanında hər hansı hədəfin zərərsizləşdirilməsi ilə bağlı məlumat verilməyib.