ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi Bill Urban İranın ABŞ-a məxsus pilotsuz aparatı vurması xəbərini təkzib edib.
APA-nın xəbərinə görə, bu barədə “Associated Press” məlumat yayıb.
“İran ərazisində Amerikaya məxsus pilotsuz aparat olmayıb”, - deyə o bildirib.
***
07:35
İran hərbçiləri Fars körfəzinin girişində ABŞ-a məxsus kəşfiyyatçı funksiyalı pilotsuz uçan aparatı (PUA) vurub.
APA xəbər verir ki, bu barədə “PressTV” məlumat yayıb.
Telekanalın məlumatına görə, SEPAH-ın hərbçilərinin vurduğu PUA Amerikanın “Global Hawk” tipli aparatıdır.
İran tərəfinin açıqlamasına görə, ABŞ-a məxsus aparat İranın hava məkanını pozub. İnsidentin Hormazqan əyaləti yaxınlığında baş verdiyi deyilir.