Bank Of Baku

İran ABŞ-dan BMT-nin Təhlükəsizlik Şurasına şikayət edib

İran ABŞ-dan BMT-nin Təhlükəsizlik Şurasına şikayət edib
# 28 iyun 2019 19:31 (UTC +04:00)

İran ABŞ-dan BMT-nin Təhlükəsizlik Şurasına şikayət edib. 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər nazirinin hüquq məsələləri üzrə müavini Qulamhüseyn Dehqani deyib. 

O bildirib ki, şikayət ABŞ-ın kəşfiyyat təyyarəsinin İran səmasını pozmasına görə edilib. Şikayət məktubunda qeyd edilib ki, bu kimi addımlar təkrarlanarsa İran öz su və hava sərhədlərini qoruyacaq: “İran hər bir təcavüzə qarşı mübarizə haqqına sahibdir”.

Qulamhüseyn Dehqani həmçinin ABŞ tərəfinin iddialarına da cavab verib: “ABŞ iddia edir ki, təyyarə İran sərhədinə girməyib. Bu iddia əsassızdır. Pilotsuz təyyarə vurulduqdan sonra İran ərazisinə düşüb”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR