Bank Of Baku

İran ABŞ-la təzyiq altında nüvə sazişi üzrə danışıqlar aparmayacaq

İran ABŞ-la təzyiq altında nüvə sazişi üzrə danışıqlar aparmayacaq
# 25 fevral 2025 17:07 (UTC +04:00)

Biz nüvə proqramı sahəsində Rusiya və Çindəki dostlarımızla məsləhətləşmələri davam etdirəcəyik.

APA xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Araqçi rusiyalı həmkarı Sergey Lavrovla Tehranda keçirilən mətbuat konfransında deyib.

İran XİN rəhbəri bildirib ki, ölkəsi təzyiq və təhdidlər altında nüvə proqramı üzrə ABŞ-la birbaşa danışıqlar aparmayacaq: "İranın nüvə danışıqlarındakı mövqeyi tam aydındır. Biz təzyiq və sanksiyalar altında danışıqlar aparmayacağıq. Bu şəkildə maksimum təzyiq olunmayana qədər bizimlə ABŞ arasında birbaşa danışıqların aparılması imkanı yoxdur".

Araqçi Suriya ilə bağlı da İranın mövqeyinin Rusiyaya çox yaxın olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR