Bank Of Baku

İran ABŞ-nin İordaniyadakı hərbi bazasına zərbə endirib, F-15 qırıcısını vurub

İran ABŞ-nin İordaniyadakı hərbi bazasına zərbə endirib, F-15 qırıcısını vurub
# 21 iyul 2026 10:42 (UTC +04:00)

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İordaniyadakı hərbi hədəflərinə zərbə endirdiyini açıqlayıb.

"Əl-Cəzirə" xəbər verir ki, SEPAH-ın yaydığı bəyanatda raket hücumu zamanı ABŞ-ın hərbi bazasında yerləşən hava hücumundan müdafiə sisteminin radiolokasiya stansiyasının və sığınacaqda olan F-15 qırıcı təyyarəsini sıradan çıxartdığı iddia olunub.

Bəyanatda həmçinin bildirilib ki, əməliyyatın məqsədi bölgədə radar nəzarətini zəiflətmək və daha genişmiqyaslı raket və pilotsuz uçuş aparatları ilə həyata keçiriləcək zərbələr üçün əlverişli şərait yaratmaq olub.

Qeyd edək ki, SEPAH-ın iddiaları ilə bağlı ABŞ tərəfindən hələlik rəsmi təsdiq və ya şərh verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR