Bank Of Baku

İran Ali Rəhbərinin nümayəndəsi: Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib

İranın Ali Rəhbəri- Ayətullah Müctəba Xamenei

© APA | İranın Ali Rəhbəri- Ayətullah Müctəba Xamenei

# 10 aprel 2026 13:17 (UTC +04:00)

İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei vəziyyətə nəzarət edir və atəşkəslə bağlı qərarı şəxsən özü verib.

Bu barədə İranın Ali Rəhbərinin Hindistandakı nümayəndəsi Əbdül Məcid Həkim İlahi TASS-a açıqlamasında deyib.

“Ali Rəhbərdə hər şey qaydasındadır, hər şey onun nəzarəti altındadır. O, ofisinə gəlir, rəsmilərlə - prezident və parlament üzvləri ilə görüşlər keçirir. Atəşkəslə bağlı qərar ona məxsusdur”, - nümayəndə bildirib.

Qeyd edək ki, bundan əvvəl Qərb mətbuatında Müctəba Xameneinin ağır yaralandığı və komada olduğu barədə xəbərlər yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR