İranın Atom Enerjisi Təşkilatının Türkiyədə heç bir aktivi və ya bank hesabı dondurulmayıb.
APA İran mətbuatına istinadən xəbər verir ki, bunu təşkilatın sözçüsü Behruz Kamalvəndi deyib.
Onun sözlərinə görə, aparılan araşdırmalar onu göstərir ki, İranın Atom Enerjisi Təşkilatına məxsus heç bir aktiv və ya bank hesabı dondurulmayıb və bu təşkilata bağlı şirkətlərə qarşı məhdudiyyət qoyulmayıb.
Qeyd edək ki, bundan əvvəl Türkiyə mətbuatında BMT-nin İrana qarşı sanksiyalarının bərpası səbəbindən İranın Atom Enerjisi Təşkilatına bağlı şirkət və aktivlərin Türkiyə tərəfindən bloklanması xəbərləri yayılıb.