Bank Of Baku

İran BAEA-nın bir neçə nümayəndəsinin akkreditasiyasını ləğv edib

İran BAEA-nın bir neçə nümayəndəsinin akkreditasiyasını ləğv edib
# 16 sentyabr 2023 20:33 (UTC +04:00)

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) bir neçə əməkdaşının akkreditasiyasını ləğv edib.

APA xəbər verir ki, bu barədə BAEA-nın rəhbəri Rafael Qrossi məlumat verib.

Nümayəndələr İranın nüvə obyektlərində uranın zənginləşdirilməsi ilə bağlı yoxlama aparmalı idi.

Agentliyin yaydığı bəyanatda deyilir ki, həmin şəxslər bu texnologiya sahəsində unikal biliyə malik ən təcrübəli ekspertlərdir.

Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu "Fordo" nüvə obyektində uranın 83,7%-ə qədər zənginləşdirilməsi ilə bağlı təhqiqat işini dayandırmaqda BAEA-nı İran hakimiyyətinə təslim olmaqda ittiham edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR