İran bir neçə gün ərzində İsrailə hücum edə bilər

İran bir neçə gün ərzində İsrailə hücum edə bilər
# 11 avqust 2024 23:49 (UTC +04:00)

İsrail kəşfiyyat xidmətləri hesab edir ki, İran İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İsrailə birbaşa hücum etmək qərarına gəlib.

APA xəbər verir ki, bu barədə “Axios” portalının müxbiri iki mənbəyə istinadən məlumat verib.

"İsrail kəşfiyyat xidmətlərinin son proqnozuna əsasən, İran Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İsrailə birbaşa hücum etmək qərarına gəlib və bu, 15 avqust girov danışıqlarından bir neçə gün əvvəl baş verə bilər", - deyə o, “X” hesabında yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR