Bank Of Baku

İran BMT-yə müraciət edib: Ukrayna ticarət gəmisinə hücuma görə beynəlxalq məsuliyyət daşımalıdır

İran BMT-yə müraciət edib: Ukrayna ticarət gəmisinə hücuma görə beynəlxalq məsuliyyət daşımalıdır
# 30 iyul 2026 19:15 (UTC +04:00)

İran Beynəlxalq Dəniz Təşkilatına (IMO) nota göndərərək Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə hücumunu pisləməyə çağırıb.

APA xəbər verir ki, bu barədə təşkilatın saytında dərc olunan sənəddə bildirilib.

Notada İran BMT-nin ixtisaslaşmış qurumundan Ukraynanın İran gəmisinə hücumunu dəniz təhlükəsizliyinə, kommersiya gəmiçiliyinə və dənizçilərin təhlükəsizliyinə ciddi təhdid kimi qiymətləndirməsi istənilib.

Sənəddə qeyd olunub ki, İran bu hərəkətə beynəlxalq hüquqa uyğun şəkildə cavab vermək hüququnu özündə saxlayır və Ukrayna bu hücuma görə tam beynəlxalq məsuliyyət daşımalıdır.

Xatırladaq ki, İran Xarici İşlər Nazirliyi iyulun 25-də Ukraynanın Rusiyanın ərazi sularında, Xəzər dənizində üzən İranın ticarət gəmisinə zərbə endirdiyini və nəticədə ekipaj üzvlərindən birinin həlak olduğunu bildirmişdi. Daha sonra İranın xarici işlər naziri Abbas Əraqçi ukraynalı həmkarı Andriy Sibiqa ilə telefon danışığında Kiyevin İran gəmisinə vurulan ziyanı kompensasiya etməli olduğunu bəyan etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR