Türkiyənin Rizə vilayətində düşən pilotsuz uçuş aparatının (PUA) partlaması nəticəsində dörd yaşayış evinin pəncərələrinə ziyan dəyib.
Bu barədə İHA agentliyi məlumat yayıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
barədə İHA agentliyi məlumat yayıb.
Hadisə gecə saatlarında Çayeli rayonunun Körpübaşı kəndində baş verib. Yerli sakinlər yaxınlaşan uçuş aparatının pərvanəsinə xas səs eşidiblər. Aparat yaşayış olmayan əraziyə düşərək partlayıb. Hadisə yerli vaxtla saat 01:30 radələrində baş verib və əhali arasında təşvişə səbəb olub. Partlayış nəticəsində dörd yaşayış evinin pəncərələrinin şüşələri sınıb.
Sakinlər jandarmaya məlumat veriblər. Aparatın düşdüyü ərazidə onun qanad və gövdə qalıqları aşkarlanıb. Qalıqlar ekspertizaya göndərilib.
Bundan başqa, partlayışın baş verdiyi təxminən 70 kvadratmetr ərazi partlamamış hər hansı partlayıcı qurğunun olub-olmadığını müəyyənləşdirmək məqsədilə mütəxəssis-istehkamçılar tərəfindən yoxlanılıb.