Livanlı informasiya texnologiyaları mütəxəssisi və ABŞ-a casusluqda ittiham olunaraq İranda həbs edilən Nezar Zaka bu gün sərbəst buraxılıb.
APA-nın Tehran bürosunun məlumatına görə, o Livana göndərilib.
“N.Zakanın “Hizbullah” təşkilatının rəhbəri Seyid Həsən Nəsrullahın vasitəçiliyi ilə azad edildiyi bildirilir.
Xatırladaq ki, Nezar Zaka 2015-ci ildə konfransa qatılmaq məqsədi getdiyi Tehranda yoxa çıxmış və daha sonra onun casusluq ittihamı ilə həbs olunduğu bildirilmişdi.