Bank Of Baku

İran parlamentində "Sanksiyalarla mübarizə" fraksiyası fəaliyyətə başlayıb

İran parlamentində "Sanksiyalarla mübarizə" fraksiyası fəaliyyətə başlayıb
# 11 iyun 2019 19:25 (UTC +04:00)

İran parlamentində "Sanksiyalarla mübarizə" fraksiyası bu gündən rəsmən fəaliyyətə başlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, fraksiya bu gün ilk iclasını keçirib və rəyasət heyətindəki deputatlar müəyyənləşib.

Məlumatda bildirilir ki, ABŞ dünyanın  25 ölkəsinə qarşı sanksiyalar tətbiq edir, parlamentdə bu fraksiyanı yaratmaqla 25 ölkənin parlamentləri ilə birlikdə ABŞ sanksiyalarına qarşı birgə fəaliyyət klubu yaradılacaq.

Fraksiyanın  rəyasət heyətinin sədri Məhəmmədəli Purmuxtar, sədrin birinci müavini Həsən Bəhramniya, ikinci müavini Seyif Təqi Kəbiri və sözçü Seyid Əhsən Ələvi seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR