Bank Of Baku

İran parlamentinin sədri ABŞ-a xəbərdarlıq edib

Məhəmməd Bager Qalibaf

© APA | Məhəmməd Bager Qalibaf

# 11 iyun 2026 21:37 (UTC +04:00)

İran parlamentinin sədri Məhəmməd Bager Qalibaf ABŞ-a və onun müttəfiqlərinə xəbərdarlıq edərək bildirib ki, yanlış strategiyalar və tələsik qərarlar regionda vəziyyəti daha da ağırlaşdıracaq.

APA xəbər verir ki, Qalibaf bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

“Yanlış strategiyalar və düşünülməmiş qərarlar bütün vəziyyəti daha pis istiqamətə dəyişəcək, enerji infrastrukturunu və bazarları sarsıdacaq, sizi illərlə içində qalacağınız sonsuz bir bataqlığa sürükləyəcək”, - deyə o qeyd edib.

İran parlamentinin sədri əlavə edib ki, belə addımların nəticəsində beynəlxalq ictimaiyyət fərqli bir İranla qarşılaşacaq.

“Siz fərqli bir İran görəcəksiniz”, - deyə Qalibaf vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR