Bank Of Baku

İran parlamentinin vitse-spikeri: Ali Rəhbər ABŞ-la danışıqlara icazə verməyib

İran parlamentinin vitse-spikeri Əli Nikzad

© APA | İran parlamentinin vitse-spikeri Əli Nikzad

# 01 aprel 2026 13:34 (UTC +04:00)

İran parlamentinin vitse-spikeri Əli Nikzad ABŞ-ın İranla danışıqlar apardığı barədə iddiaları təkzib edib və Ali Rəhbərin bu danışıqlara icazə vermədiyini bildirib.

Bu barədə İranın "Fararu" agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, parlamentin spikeri Qalibafın ABŞ-la danışıqlar aparması iddiası da əsassızdır.

Nikzad vurğulayıb ki, müharibə, sülh və danışıqlar məsələsi ölkənin Ali Rəhbərinin səlahiyyətindədir və danışıqlara icazə verilməyib.

Nikzad Hörmuz boğazının da heç vaxt açılmayacağını bəyan edib. O əlavə edib ki, bu mövzu ilə bağlı heç bir danışıq aparılmayıb və aparılmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR