İran Prezidentinin helikopterində olan bütün cəsədlərin kimliyi müəyyən edilib

İran Prezidentinin helikopterində olan bütün cəsədlərin kimliyi müəyyən edilib
# 20 may 2024 20:45 (UTC +04:00)

İranın prezident helikopterindəki sərnişinlərin cəsədlərinin tanınması mümkün olduğundan, həlak olanların “DNT” testinə ehtiyac yoxdur.

APA “IRNA”ya istinadən xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Məhəmməd Həsən Nami bildirib.

“Bütün cəsədlərin tanınması mümkün olub, onlar həkim-ekspertizaya təhvil verilib”, - Həsən Nami vurğulayıb.

Daxili işlər nazirinin müavini bildirib ki, ölənlərdən yalnız Ayətullah əl-Haşimin cəsədi digərlərindən daha yaxşı vəziyyətdə olub.

“O, təyyarə qəzasından bir saat sonra sağ olub və hətta prezident aparatının rəhbəri Qulamhüseyn İsmaili ilə telefon əlaqəsi qurub”, - nazir müavini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR