Bank Of Baku

İran XİN: ABŞ-yə müharibə və sülhün vaxtını müəyyən etməyə imkan verməyəcəyik

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai

© APA | İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai

# 27 iyul 2026 11:58 (UTC +04:00)

İran ABŞ-nin müharibə və sülhün vaxtını müəyyən etməsinə imkan verməyəcək.

APA xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai həftəlik mətbuat konfransında deyib.

O bildirib ki, İran üçün əsas meyar milli maraqlar və milli təhlükəsizlikdir.

"ABŞ-ın müharibəni idarə etdiyini düşünməsi anlaşılan deyil. İranı qısa müddətdə çökdürəcəklərini hesab edirdilər, lakin bu baş vermədi. Yaranmış vəziyyətə görə məsuliyyəti öz üzərlərinə götürməlidirlər", - deyə Bəqai vurğulayıb.

XİN sözçüsü qeyd edib ki, İran milli maraqlarını və təhlükəsizliyini əsas götürərək qərarlar qəbul edir.

"Biz heç vaxt ABŞ-a müharibə və sülhün vaxtını müəyyən etməyə imkan verməmişik və verməyəcəyik. Milli maraqlarımız tələb etdikdə özümüzü müdafiə edəcəyik. Diplomatiyanın milli maraqlarımızın qorunmasına xidmət etdiyini düşündüyümüz zaman isə bu vasitədən istifadə edəcəyik", - deyə o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR