Ağdam rayonu, Kəngərli və Papravənd kəndləri istiqamətlərində açıq sahələrdə baş vermiş yanğınların qarşısı alınıb.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir.
Məlumata görə, ərazilərin minalanmış və havanın küləkli olmasına baxmayaraq, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.