İranın xarici işlər naziri Abbas Əraqçi Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla telefon danışığı aparıb.
APA-nın Tehran bürosunun məlumatına görə, telefon danışığı zamanı tərəflər regional və beynəlxalq gündəlikdə yer alan son hadisələri, gərginliyin azaldılması yollarını, həmçinin regionda sabitlik və təhlükəsizliyin təmin olunması məsələlərini müzakirə ediblər.