Bank Of Baku

Türkiyədə endirim kampaniyaları ilə bağlı yeni qaydalar qüvvəyə minir

Türkiyədə endirim kampaniyaları ilə bağlı yeni qaydalar qüvvəyə minir
# 29 iyul 2026 11:28 (UTC +04:00)

Türkiyədə avqustun 1-dən etibarən endirim kampaniyaları ilə bağlı yeni qaydalar tətbiq olunacaq.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, Türkiyənin Ticarət Nazirliyi istehlakçıların endirimlər barədə düzgün məlumatlandırılması və saxta endirimlərin qarşısının alınması məqsədilə yeni tənzimləmələr həyata keçirir.

Yeni qaydalara əsasən, endirim elan edilərkən əvvəlki qiymət kimi kampaniyanın başlanmasından əvvəlki son 10 gün ərzində tətbiq edilmiş ən aşağı qiymət göstərilməlidir.

Nazirlik bildirib ki, dəyişikliklərin məqsədi istehlakçıların çaşdırılmasının qarşısını almaq və saxta endirim görüntüsünü aradan qaldırmaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR