İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın Suriyaya səfəri başlayıb.
APA-nın Tehran bürosunun məlumatına görə, H.Əmir-Abdullahian Suriyanın paytaxtı Dəməşqə gəlib və onu Suriyanın xarici işlər naziri Feysəl əl-Miqdad qarşılayıb.
Səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə ortaq məsələləri müzakirə ediləcək.