Bank Of Baku

İran XİN başçısı: Tehran Ukraynadakı müharibəyə qarşıdır

İran XİN başçısı: Tehran Ukraynadakı müharibəyə qarşıdır
# 17 yanvar 2023 18:48 (UTC +04:00)

İran İslam Respublikasının Ukrayna ilə bağlı mövqeyi bəllidir, Tehran müharibəyə qarşıdır.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı zamanı bildirib.

O, Qərb dövlətlərinin Ukraynadakı müharibə vasitəsilə İranı günahlandırma səylərini rədd etdiyini bildirib.

Bundan əlavə, Əmir Abdullahiyan əlavə edib ki, İran Suriya-Türkiyə münasibətlərində dəyişikliyin olmasından məmnundur. Onun sözlərinə görə, ölkəsi bu prosesin region üçün müsbət nəticə verəcəyinə inanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR