Bank Of Baku

Rəsmi Tehran: İran Məkkə Sazişindən məlumatlı olub, narahatlıq üçün heç bir əsas yoxdur

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai

© APA | İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai

# 10 avqust 2026 11:40 (UTC +04:00)

Məkkə sazişi region ölkələrinin təhlükəsizliklə bağlı yanaşmasının dəyişdiyini göstərir.

APA-nın Tehran bürosunun xəbərinə görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında Məkkə Sazişinə münasibət bildirərkən deyib.

O bildirib ki, İranın siyasəti region ölkələrini xarici aktorlara arxalanmadan əməkdaşlığa və daxili təhlükəsizliyin gücləndirilməsinə dəvət etmək olub və bu dəyişikliyə diqqət yetirmək lazımdır.

Bəqai qeyd edib ki, region ölkələri üç il əvvəl oktyabr ayında Qəzzada baş verənlərdən, həmçinin, İsrailin hücumlarından sonra qlobal ictimaiyyətin sabitliyi və təhlükəsizliyi üçün ən böyük təhdidin kim olduğunu müəyyənləşdiriblər.

Onun sözlərinə görə, İsrailin ambisiyaları gizli deyil, onun Livan, Fələstin və Suriyaya qarşı hücumları, eləcə də region ölkələrinə yönəlmiş təhdidləri göstərir ki, region ölkələri əvvəlki kimi təhlükəsizliyin ABŞ tərəfindən təmin ediləcəyi iddiasına arxalana bilməzlər.

Bəqai vurğulayıb ki, ABŞ özü regiondakı təhlükəsizliyin pozulmasının tərəflərindən biridir.

O diqqətə çatdırıb ki, İsrail ABŞ-ın dəstəyi olmadan bu hücumları həyata keçirə bilməzdi.

Bəqai onu da vurğulayıb ki, İranın Məkkə Sazişini imzalayan üç qonşu ölkə – Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanla çoxsaylı əlaqələri var. Onun fikrincə, İran və Türkiyə xalqları arasında dostluğun tarixi, dini və mədəni kökləri var və bu əlaqələr uzunmüddətlidir.

İran XİN sözçüsü bəyan edib ki, Tehran bu razılaşma barədə müəyyən qədər məlumatlı olub.

“Bu razılaşmadan narahat olmağımız üçün heç bir əsas yoxdur”, - o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR