Bank Of Baku

Tailandda sabiq deputat hökumət idarəsində atəş açıb, iki nəfər yaralanıb

Tailandda sabiq deputat hökumət idarəsində atəş açıb, iki nəfər yaralanıb
# 10 avqust 2026 10:55 (UTC +04:00)

Tailandın paytaxtı Banqkokun kənarında yerləşən yerli hökumət idarəsində silahlı şəxs atəş açaraq iki nəfəri yaralayıb.

“Reuters”in məlumatına görə, atəş açan şəxs saxlanılıb.

Məlumata görə, sabiq deputat olduğu bildirilən şübhəli Nonthaburi əyalətinin yüksəkvəzifəli rəsmisinə və onun sürücüsünə atəş açıb.

Nonthaburi polisinin komandanı general-mayor Dejrapi Konqdinin sözlərinə görə, hadisə nəticəsində iki nəfər yaralanıb.

Hadisə Tailandda məktəbdə baş vermiş atışmadan cəmi bir neçə gün sonraya təsadüf edib. Ötən cümə günü 14 yaşlı yeniyetmənin əvvəlcə evində, daha sonra isə Debsirin Nonthaburi məktəbində atəş açması nəticəsində hücum edən şəxs də daxil olmaqla, 9 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR