Bank Of Baku

İran yeni hava hücumundan müdafiə sistemini təqdim edib

İran yeni hava hücumundan müdafiə sistemini təqdim edib
# 09 iyun 2019 16:49 (UTC +04:00)

Bu gün İran Müdafiə Nazirliyi "Xordad-15" mobil hava hücumundan müdafiə sistemini təqdim edib.

APA-nın "Tasnim" agentliyinə istinadən verdiyi məlumata görə, müdafiə naziri Əmir Hatəmi Tehranda keçirilən mərasimdə təqdim edib.

Müdafiə naziri deyib ki, "Xordad-15" 150 km məsafədə hərbi təyyarə və pilotsuz təyyarələri aşkarlamaq və 120 km məsafədə "Sayad-3" raketləri ilə  məhv etmək qabiliyyətindədir. "Xordad-15"kiçik obyektləri 85 km məsafədə aşkarlamaq və 45 km diapazonda məhv edə bilir. Ə. Hatəmi sistemin eyni zamanda 6 hədəfi izlədiyini qeyd edib.

"Xordad-15" 5 dəqiqəyə hazır vəziyyətə gətirilir.

Yeni silah artıq İran ordusunun sərəncamına verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR