Bank Of Baku

İranda qadın prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib

İranda qadın prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib
# 01 iyun 2024 22:41 (UTC +04:00)

İranda qadın prezident seçkilərində namizəd kimi qeydiyyatdan keçib.

APA xəbər verir ki, bu barədə İran İslam Respublikasının seçki qərargahının nümayəndəsi Möhsün Eslami açıqlama yayıb.

Zöhrə Elahian ölkədə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün sənədlərini təqdim edib və namizəd kimi qeydə alınan ilk iranlı qadın olub.

Eyni zamanda, mayın 31-də üç iranlı qadın şərtlərə cavab vermədiyi üçün qeydiyyata alınmayıb.

“İslam İranı üzərində ümid günəşi doğacaq, mən öz ölkəmin qadın icmasının nümayəndəsi kimi prezident seçkilərində iştirak etmək üçün sənədləri seçki qərargahına təqdim edəcəyəm”, – Elahian sosial şəbəkədə yazıb.

İyunun 4-də prezident seçkilərində iştirak etmək üçün sənəd verənlərin sayı 17 nəfərə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR