Bank Of Baku

İranda naməlum şəxslər polis patrul komandasına hücum edib, bir polis ölüb

İranda naməlum şəxslər polis patrul komandasına hücum edib, bir polis ölüb
# 06 iyun 2019 13:56 (UTC +04:00)

İranın Kirman əyalətində naməlum silahlı şəxslər polis patrul komandasına hücum edib.

APA-nın Tehran bürosunun məlumatına görə, minik avtomobilinin sərnişinləri  Kirman əyalətinin  Rudbar şəhərinin Pong kəndində polis patrul komandasına odlu silahla hücum ediblər. Hadisə nəticəsində Məhəmmən Əmin Allahdadi adlı polis zabiti aldığı güllə yarasından həyatını itirib.

Hücum edən silahlı şəxslər hadisə yerindən qaçıb.

Hazırda onların axtarışı davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR