İranın Hörmüzgan ostanında (əyalətində) neft kəmərində baş verən partlayış nəticəsində azı 2 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə İranın “Young Journalists Club” (YJC) xəbər agentliyi məlumat yayıb.
Qeyd olunub ki, əyalətin cənub-qərbindəki Bəndər Xəmir şəhərində neft kəmərindən yanacaq oğurlamaq məqsədilə iki şəxs deşik açmağa cəhd edib və bunun nəticəsində partlayış baş verib.
Hazırda yanğınsöndürənlər alovun qarşısını almağa çalışırlar.