Bank Of Baku

İranda ramazan ayında yüzlərlə restoran möhürlənib

İranda ramazan ayında yüzlərlə restoran möhürlənib
# 09 iyun 2019 04:34 (UTC +04:00)

Böyük Tehran Polis İdarəsinin rəisi Hüseyn Rəhimi bildirib ki, ötən 10 gün ərzində şəhər ərazisində 547 lüks restoran və qəhvəxana möhürlənib.

APA İran KİV-ə istinadən xəbər verir ki, qeyd edilən müddətdə şəhərdə namünasib reklamları olan və icəzə verilməyən musiqiləri yayımlayan 547 restoran möhürlənib və bu işlə əlaqəli 11 nəfər saxlanılıb.

Qeyd edək ki, İranda hər il ramazan ayında restoran və digər iaşə obyektlərinin fəaliyyəti səhər əzanından axşam iftar vaxtına qədər qadağan edilir. Bu qadağanı pozan obyekt və şəxslərə qarşı isə sərt cəza tədbirləri görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR