Bank Of Baku

İranda SEPAH-la terrorçular arasında atışma baş verib

İranda SEPAH-la terrorçular arasında atışma baş verib
# 24 iyun 2019 18:04 (UTC +04:00)

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qüvvələri  ilə terrorçular arasında  atışma baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə Şeyidüş-Şühəda Qərargahının mətbuat xidmətinin yayımladığı bəyanatda deyilir.

Atışma İranın Qərbi Azərbaycan vilayətinin Çaldıran bölgəsində baş verib.

Nəticədə bir terrorçu öldürülüb, 2 nəfər yaralanıb, daha 1 nəfər həbs olunub.

Atışmanın hansı terror qruplaşması ilə baş verdiyi açıqlanmır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR