Bank Of Baku

İranda Xəzərin suyunun Simnan əyalətinə nəqli ilə bağlı elmi konfrans keçirilib - FOTO

İranda Xəzərin suyunun Simnan əyalətinə nəqli ilə bağlı elmi konfrans keçirilib - FOTO
# 15 iyun 2019 13:58 (UTC +04:00)

İranda Xəzər dənizindən suyun Simnan əyalətinə nəqli ilə bağlı elmi konfrans keçirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, elmi konfrans İranın Simnan şəhərində  ölkənin müxtəlif universitetlərindən su resurslarının idarə edilməsi sahəsində araşdırma aparan 120 mütəxəssisin iştirakı ilə baş tutub. Konfransa təqdim olunan  60 məqalədən  32 məqalə seçilib və çap olunaraq nümayiş etdirilib. 

Bir günlük konfransda İran parlamentinin nümayəndələri, dövlət rəsmiləri, Simnan əyalətinin başçısı Əlirza Aşnagər və digər elm adamları çıxış edib. 
Konfransda  Xəzər dənizinin suyunun Simnan əyalətinə nəqlinin zəruriliyi vurğulanıb. Suyun nəqli ilə bağlı fikir mübadiləsi aparılıb, bu layihənin texniki, ekoloji, ictimai və  iqtisadi sahələri haqqında danışılıb.

Qeyd edək ki, İran Xəzər dənizinin suyunun Simnan əyalətinə nəqli layihəsini 2010-cu ildə start verib. Layihənin birinci fazasının araşdırma işləri 2012-ci ildə başlayıb və 2018-ci ildə başa çatdı.  
İran parlamenti cari ilin büdcəsində bu layihənin araşdırılması və icrası üçün pul ayırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR