İranın Xuzestan əyalətində ötən gün səhər baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 104 nəfərə çatıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu Xuzestan əyalətinin Təcili Tibbi Yardım Mərkəzinin sədri Məhəmmədəmin Zərgər deyib. Onun sözlərinə görə, xəsarət alan şəxslərin müalicəsi davam edir.
Qeyd edək ki, iyulun 8-də Xuzestan əyalətinin Məscid Süleyman bölgəsində 4,1 gücündə zəlzələ baş verib. İlkin məlumatlarda zəlzələ nəticəsində 2 nəfərin öldüyü, 64 nəfərin xəsarət aldığı bildirilirdi.