Bank Of Baku

İrandakı Bəndər Ləngə limanında partlayış olub

İrandakı Bəndər Ləngə limanında partlayış olub
# 22 mart 2026 22:31 (UTC +04:00)

Bazar günü İranın cənubundakı Bəndər Ləngə limanında üç partlayış baş verib.

APA xəbər verir ki, bu barədə “Al Hadath” portalı məlumat yayıb.

Məlumatda bunun limana üç gün ərzində ikinci hücum olduğu bildirilir.

Hücum nəticəsində limanda lövbər salmış ticarət gəmilərinə dəyən ziyan və ya itki barədə heç bir məlumat verilməyib.

Qeyd edək ki, Bəndər Ləngə limanı İranın cənubundakı Hörmüzqan əyalətində, Fars körfəzi sahilində yerləşir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR